Sammit çərçivəsində ETX ilə Özbəkistan Respublikasının Dövlət Unitar Müəssisəsi "Kibertəhlükəsizlik Mərkəzi" arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, təcrübə mübadiləsinin genişləndirilməsini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidmətinin də dəstək göstərdiyi "Cyber Security Summit 2025" tədbiri Azərbaycanla yanaşı Mərkəzi Asiya vədigər regionlardan olan dövlət qurumlarının, təşkilatların və kibertəhlükəsizlik şirkətləri nümayəndələrinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə keçirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


